Məxfilik siyasəti
Son yeniləmə: 20 noyabr 2026
Alo Assistant stomatoloji klinikalar üçün WhatsApp köməkçisidir. Xidməti fərdi sahibkar Səlimli Mehin Elxan qızı (VÖEN 1310189232, Bakı) təqdim edir. Köməkçi klinikanın adından işləyir: pasiyentin məlumatları klinikaya aiddir, biz onları yalnız klinika üçün emal edirik.
Hansı məlumatlar
- WhatsApp nömrəsi, ad və yaş (uşaq üçün yazılıbsa, bu barədə qeyd);
- yazışma dili, müraciətin statusu və təklif olunan qəbul vaxtı;
- suallara cavablar (şikayət, rentgen, əvvəlki həkim, sistemik xəstəliklər, kim tövsiyə edib) və göndərilən şəkillər.
Nə qədər saxlanılır
- Tibbi cavablar yalnız sorğu bitənə qədər saxlanılır və xülasə həkimə göndərilən kimi silinir. Yarımçıq qalan sorğu ən geci 24 saata silinir.
- Şəkillər serverdə saxlanılmır: həkimə ötürülür və yaddaşdan silinir.
- Ad, nömrə, status və vaxt 30 gündən sonra silinir.
- Mesajların mətni log fayllarına yazılmır.
Kimlə paylaşılır
Məlumat yalnız klinikanın həkiminə göndərilir. Xidməti işlətmək üçün bu provayderlərdən istifadə edirik: WhatsApp (Meta və ya Twilio, mesajların çatdırılması üçün), DigitalOcean (server, Frankfurt) və aktiv olduqda OpenAI (mesajı başa düşmək üçün). Məlumatı satmırıq və reklam üçün istifadə etmirik.
Hüquqlarınız
Məlumatınızın silinməsini və ya nə saxlandığını öyrənmək üçün klinikaya və ya bizə yazın: mehin@alo-assistant.com.
Privacy policy
Last updated: 20 November 2026
Alo Assistant is a WhatsApp assistant for dental clinics, provided by sole proprietor Səlimli Mehin Elxan qızı (tax ID/VÖEN 1310189232, Baku, Azerbaijan). The assistant works on behalf of the clinic: patient data belongs to the clinic, and we process it only to provide this service to the clinic.
What we collect
- WhatsApp number, name and age (and a note if a parent writes for a child);
- conversation language, request status and proposed appointment time;
- answers to the intake questions (complaint, X-rays, previous dentist, systemic conditions, referral) and photos the patient sends.
How long we keep it
- Medical answers are kept only until the intake is complete and are deleted as soon as the summary is sent to the dentist. Unfinished intakes are deleted within 24 hours.
- Photos are not stored on our server: they are forwarded to the dentist and discarded.
- Name, number, status and time are deleted after 30 days.
- Message contents are not written to log files.
Who we share it with
Data is sent only to the clinic's dentist. To run the service we use these providers: WhatsApp (Meta or Twilio, to deliver messages), DigitalOcean (server hosting, Frankfurt) and, when enabled, OpenAI (to understand messages). We do not sell data or use it for advertising.
Your rights
To see what is stored or ask for deletion, contact the clinic or us at mehin@alo-assistant.com.